Lakin gəncəlilər bunu bacarmadı. Azər Bağırov da oyunsonrası mətbuat konfransında “Qarabağ” üzərindəki qələbədən sonra komandasını tanıya bilmədiyini dedi. Bəs “Xəmsə” necə, komandanı tanıya bilirmi? Fanklubun rəhbəri Müfviq Məmmədov “Football-plus.az”a cavab Verdi:
“Məğlubiyyətlərin səbəbi eyforiya da ola bilər. “Kəpəz” bu mövsüm Robin Qud kimidi: varlılardan alır, kasıblara verir. Bu komandadan böyük nəticələr gözləmək də düzgün deyil. Kənardan o qədər söz-söhbət yaradırlar ki, anlamaq olmur. Azər Bağırovun ayrılacağını gözləmirik. Yaxşı nəticələrdən sonra mükafatlar çoxaldı, rahatlaşdılar. İnşallah, komanda bundan sonra özünə gələr”.
“Kəpəz” hazırda 21 xalla 10-cu yerdədi. Gəncəlilər “Karvan-Yevlax”ı 10, “Qəbələ”ni 2 xal qabaqlayır.
MÜZƏFFƏR QULUZADƏ