Macarıstanda parlament seçkiləri üzrə səsvermə üçün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.
Yerli vaxtla saat 18:30-a olan məlumata əsasən, seçici fəallığı 77,8% təşkil edib. Bu da ölkə tarixində ən yüksək göstərici olub.