AZ

İllər əvvəl Lukaşenkonun yazdığı məktub özünə hədiyyə edilib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

"Siz nailiyyətlərinizdən yazmısınız: kənd və qəsəbələrin qorunmasından, şəhər və kənd sakinləri üçün bərabər imkanlar yaradılmasından...”

Belarus Prezidenti Aleksandr Lukaşenkoya gənc yaşlarında, sovxoz idarə edərkən və parlament seçkilərində namizəd olarkən yazdığı bir məktub hədiyyə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat verib.

Məktub Moqilyov vilayətinin Şklov rayonunun arxivində saxlanılıbmış və dövlət başçısına yerli icra komitəsinin sədri Sergey Bartoş tərəfindən təqdim edilib. O Lukaşenkonun bir vaxtlar rayondakı Qorodets sovxozuna rəhbərlik etdiyini xatırladıb.

"Siz nailiyyətlərinizdən yazmısınız: kənd və qəsəbələrin qorunmasından, şəhər və kənd sakinləri üçün bərabər imkanlar yaradılmasından... Rayon qəzetində dərc olunub-olunmadığını bilmirik", - Bartoş deyib.

Lukaşenko hədiyyəni qəbul edib və ona təşəkkür edib, məktubu sonradan oxuyacağına söz verib. O məktubun yerli qəzetdə dərc olunmasına şübhə ilə yanaşıb və bunu o vaxtkı "partiya rəsmiləri ilə çətin münasibətləri" ilə əlaqələndirib.

Lukaşenko 1987-ci ilin mart ayından Qorodesə rəhbərlik edib. 33 yaşında sədr olandan sonra o bir neçə il ərzində məhsuldarlığı və istehsalı ikiqat artırıb, süd məhsuldarlığını isə 50 faiz artırıb. Sovxoz regionda icarə müqaviləsi tətbiq edən, kərpic və asfalt zavodları tikən, yeni yollar çəkən və avtomobil parkını təkmilləşdirən ilk sovxozlardan biri olub. Sədr vəzifəsindən Lukaşenko 1990-cı ildə seçildiyi Belarus Ali Şurasına namizədliyini irəli sürüb.

Lukaşenko mütəmadi olaraq sovxozu ziyarət edir. Məsələn, keçən il o Qorodesə baş çəkib və yerli rəhbərliyi tənqid edib, sədr olduğu dövrdən bəri texnika parkının yaxşılaşmadığını qeyd edib. O həmçinin jurnalistlərə tez-tez sovxoz haqqında xəyallar qurduğunu etiraf edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
ayna.az

1Mənbələr