AZ

Maşını olan şəxslərin NƏZƏRİNƏ

Ajans.az xəbər verir ki, aşağıdakı addımlar sizi bu risklərdən qoruyacaq. Yağ və Mayeləri Yoxlayın: Mühərrik yağı səviyyəsini və vəziyyətini yoxlayın. Soyuducu (antifriz), əyləc mayesi, sükan və yuyucu mayeləri də yoxlayın. Təkərlərin Durumu: Təkər təzyiqi istehsalçının tövsiyəsinə uyğun olmalıdır. Diş dərinliyi və aşınma yoxlanmalıdır. Ehtiyat təkərin də saz olduğundan əmin olun. Əyləc Sistemi: Əyləc pedalı boşluq verməməli, səs çıxarmamalıdır. Əyləc diskləri və kalodkaları nasazdırsa dəyişdirilməlidir. İşıqlandırma və Elektrik Sistemi: Faralar, dönmə işıqları, stoplar və iç işıqlar tam işlək olmalıdır. Akumulyatorun vəziyyəti, kontakt ucları təmiz və möhkəm olmalıdır. Kondisioner və İstilik Sistemi: Yay aylarında sərin, qışda isə isti hava təmin etməsi vacibdir. Hava filtrlərini də yoxlayın.
Seçilən
18
2
Ajans.az

3Mənbələr