AZ

Nigeriyada bazara endirilən hava zərbəsi nəticəsində ən azı 200 nəfər həlak olub

Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) Yobe əyalətindəki bir bazara endirdiyi hava zərbəsi nəticəsində ən azı 200 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə 12 apreldə mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Nigeriya hərbi təyyarələrinin ölkənin şimal-şərqində yaraqlıları təqib edərkən kənd bazarına zərbə endirməsi nəticəsində ən azı 200 nəfərin həlak olduğu güman edilir.

HHQ Mülki Qəzaların Araşdırılması Bölməsini işə salıb.

Seçilən
22
8
ucnoqta.az

9Mənbələr