AZ

Kurban Berdiyev: “2:0 dan sonra hesabı qorumağa çalışdıq”

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Turan Tovuz” Misli Premyer Liqasının 27-ci turunda öz meydanında “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında qazanılan vacib üç xalı qiymətləndirib.

Təcrübəli mütəxəssis oyunun gedişatından razı qaldığını bildirib və 2:0-dan sonra hesabı qorumağa çalışdıqlarını söyləyib.

Turnir cədvəlində “Qarabağ”a yaxınlaşmaq və ikincilik uğrunda mübarizəyə gəlincə, baş məşqçi ehtiyatlı danışıb:

“Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Avrokuboklara hazırlıq barədə isə indidən fikir bildirmək çətindir. Bu, heyətin necə möhkəmlənməsindən asılı olacaq. Əgər ora vəsiqə qazansaq, əlbəttə ki, ev oyunlarımızı Tovuzda keçirmək istəyərdik”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
icma.az

1Mənbələr