AZ

Köhnə təkərlərdə gül əkmək CİNAYƏT SAYILIR: Yeni cərimələr GƏLİR – FOTO

Rusiyada köhnə təkərlərdə gül əkənləri cərimələr gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Rusiyada çoxmənzilli binaların həyətlərində köhnə avtomobil şinlərindən bəzək əşyaları və ya gül yatağı düzəldən vətəndaşlara qarşı yeni tədbirlər görüləcək.

Hüquqşünaslar izah ediblər ki, istifadə olunmuş avtomobil şinləri IV sinif təhlükəli tullantı hesab olunur. Bu səbəbdən onların həyətyanı sahələrdə bəzək məqsədilə istifadə edilməsi qanun pozuntusu kimi qiymətləndirilir.

Yeni qaydalara görə, bu cür “dekorasiyalara” görə vətəndaşları 5 min rubladək (təxminən 110 manat) cərimə gözləyir.

Hüquqşünaslar vurğulayırlar ki, xüsusilə ağır hallarda bu əmələ görə cinayət məsuliyyəti belə yarana bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr