AZ

İtaliyanın 3 klubuna təklif edildi - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte bu yay İtaliya klublarından birinə keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçunun agenti Jorje Mendeş onu “Yuventus”, “Milan” və “Napoli”yə təklif edib.

Turin klubunun skautları artıq yarımmüdafiəçini çıxış etdiyi oyunlarda müşahidə ediblər. “Napoli” isə bu transferdə “Mançester Yunayted” rəhbərliyi ilə yaxşı münasibətindən faydalana bilər.

Uqarte özü nadir hallarda “qırmızı şeytanlar”ın start heyətində yer alır və bu vəziyyəti dəyişməyi düşünür.

Seçilən
29
sportinfo.az

1Mənbələr