AZ

“Bavariya” top klubların hədəfində olan yarımmüdafiəçini satmaqdan imtina etdi

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın “Bavariya” futbol klubu aparıcı Avropa klublarının maraq dairəsində olan yarımmüdafiəçisi Aleksandar Pavloviçlə bağlı mövqeyini müəyyənləşdirib.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” və Madrid “Real”ı 21 yaşlı futbolçu üçün sorğu göndərsələr də, rədd cavabı alıblar. Mənbənin məlumatına görə, Münhen klubu oyunçu ilə bağlı gələn heç bir təklifi nəzərdən keçirmək niyyətində deyil.

Pavloviç özü də klubunu dəyişməkdə maraqlı deyil. Gənc yarımmüdafiəçi uzunmüddətli perspektivdə komandanın əsas fiqurlarından birinə çevrilməyi hədəfləyir.

Cari mövsümdə futbolçu bütün turnirlərdə 37 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini təxminən 75 milyon avro (150 milyon AZN) civarında qiymətləndirir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
icma.az

1Mənbələr