AZ

“Barselona” Osimhen üçün hər şeyi gözə alıb

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Nümayiş etdirdiyi performansla Avropanın diqqətini üzərinə çəkən Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Viktor Osimhen üçün sürpriz iddia ortaya atılıb.

İdman.Biz “Afrik-Foot” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gələn mövsüm bütün şərtlərini nəzərə alaraq Osimheni transfer etmək niyyətindədir. Mövsümün əvvəlindən bəri futbolçunu yaxından izləyən “Barselona” rəhbərliyi artıq rəsmi cəhdlərə başlamağı planlaşdırır.

Lakin La Liqanın sərt maliyyə qaydaları bu transferin reallaşmasını çətinləşdirir. 100 milyon avronu (200 milyon AZN) aşması gözlənilən transfer büdcəsini formalaşdırmaq üçün klub bir neçə ulduz futbolçusu ilə yollarını ayırmalı olacaq.

Məlumata görə, “Barselona” Osimhenə yer açmaq və maliyyə vəsaiti toplamaq üçün beş futbolçunu - Jules Kounde, Ferran Torres, Frenkie de Jonq, Robert Levandovski və Mark Kasadonu satmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” bu oyunçuların satışından əldə olunacaq gəlirlə həm büdcəsini rahatlatmağı, həm də nigeriyalı forvardın keçidini maliyyələşdirməyi hədəfləyir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
icma.az

1Mənbələr