AZ

ABŞ da İranın keçmiş vitse prezidentinin oğlu saxlanılıb və “green card”ını ləğv edilib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ hakimiyyəti İranda qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezident Məsumə Ebtəkarın (2017–2021-ci illərdə vəzifədə olub) oğlu İsa Haşemini saxlayıb və onun “green card”ını ləğv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

Bundan əlavə, kişinin həyat yoldaşı və oğlu da saxlanılıb. Onların hər üçü deportasiya qərarını gözləyir. Məlumata görə, onlar ABŞ-a 2014-cü ildə gəliblər və 2016-cı ildə “green card” alıblar.

Bundan əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə amerikalılar tərəfindən öldürülmüş İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Əl-Qüds” xüsusi təyinatlı qüvvələri) komandanı general Qasım Süleymaninin qardaşı qızını və onun nəvəsini saxlayaraq onların da “green card”larını ləğv etmişdi. Eyni zamanda, ABŞ hökuməti İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının və onun həyat yoldaşının da daimi yaşayış statusunu ləğv edib və onların ölkəyə girişini qadağan edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr