AZ

Peter Magyar Orbanı getməzdən əvvəl yanlış qərarlar almamağa çağırdı

Parlament seçkilərindəki qələbəsindən sonra Macarıstanın Tisza partiyasının lideri Peter Magyar prezident Tamaş Şujok da daxil olmaqla bütün hökumət rəhbərlərini istefa verməyə çağırıb.

Musavat.com xəbər verir ki, 12 aprel axşamı Budapeştdə keçirilən mitinqdə çıxış edən Magyar həmçinin Baş nazir Viktor Orbana hakimiyyətinin son günlərində heç bir qərar verməməyi təklif edib: "Respublika Prezidentini qalib partiya siyahısının lideri kimi dərhal məndən hökumət qurmağı  xahiş etməyə  və sonra vəzifəsinə başladığı ləyaqətlə getməyi çağırıram. Orban hökumətinin son 16 ildə xalqın boynuna taxdığı bütün kuklaları da eyni şeyi etməyə çağırıram".

O, sonuncular qismində Magyar Ali Məhkəmənin  və dövlət media holdinq şirkətinin rəhbəri də daxil olmaqla bir sıra yüksək vəzifəli dövlət məmurlarını sadalayıb.

O, həmçinin istefa verən baş naziri bu gündən etibarən hökumət başçısı vəzifəsini icra etməyə və növbəti Tisza hökumətinin əl-qolunu bağlaya biləcək heç bir qərar verməməyə çağırıb.

Eyni zamanda Magyar korrupsiyaya qarşı mübarizə aparmaq üçün sərt tədbirlər görmək və bu məqsədlə xüsusi dövlət qurumu yaratmaq niyyətində olduğunu bildirib. Magyarın sözlərinə görə, Macarıstanın məhkəmə sistemi yenidən müstəqil olmalı və hökumətə tabe olmamalıdır.

Macarıstanın baş naziri vəzifəsini tutmağa hazır olduğunu təsdiqləyən Magyar yeni hökumətin "məhkəmə sistemini müstəqil edəcəyini və milli aktivlərin qaytarılması üçün bir ofis yaradacağını" elan edib: "Ən yaxşı vəkillər və müstəntiqlər bu ofisdə işləyəcək və sizə söz verirəm ki, onlar uğur qazanacaqlar".

Qeyd edək ki, Viktor Orbanın hakimiyyətdə olduğu dövrdə Tisza korrupsiyaya qarşı mübarizəni seçki kampaniyasının əsas mövzusu etmiş, hazırkı baş naziri və onun yaxın ətrafını dövlət vəsaitlərindən şəxsi varlanma üçün istifadə etməkdə ittiham etmişdi.

Eyni zamanda Magyar parlament üzvü olaraq qalacaq Orbanla milli birliyi bərpa etmək üçün işləməyə hazır olduğunu, ölkəsinin Avropa Birliyində və NATO-da tam üzvlüyünü bərpa edəcəyini bildirib.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr