Sağlam həyat sürməyin sirri gözləniləndən daha sadə oldu.
E-saglam.az xəbər verir ki, El Salvador Universitetinin professoru və həkimi Sebastian La Rosa uzunömürlülüyün açarının orta dərəcədə kalori məhdudlaşdırılması olduğunu bildirdi.
Mütəxəssis aydınlaşdırdı ki, bu, aclıqla bağlı deyil, adi qida qəbulunuzu 20-40% azaltmaqla bağlıdır. Vitamin və qida maddələrini azaltmamaq vacibdir. Həkimin sözlərinə görə, bu yanaşma hüceyrələrin cavanlaşma mexanizmlərini işə salır.
La Rosa həmçinin xronoloji və sağlam uzunömürlülük arasındakı fərqə diqqət çəkib: onun fikrincə, son onilliklər oturaq həyat tərzində keçirsək, 120 ilə qədər yaşamağın mənası yoxdur. Pəhrizdən əlavə, o, idmanı, az stressi və keyfiyyətli yuxunu vacib hesab edib.
Tərcümə: Könül Oruc
E-saglam.az