Misli Premyer Liqasının 27-ci turu bir-birindən maraqlı qarşılaşmalarla yadda qaldı. “Qarabağ” Şamaxıda iki xal itirdisə, “Sabah” doğma meydanda əzmkar oyunla qazandığı 1 xala kifayətləndi. “Turan Tovuz” uzun fasilədən sonra tovuzlu azarkeşlərin qarşısında meydana çıxdı və bu əlamətdar hadisəni qələbə sevinci ilə tarixə keçdi.
"Karvan-Yevlax" - "Kəpəz" 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 - Fərid Nəbiyev, 48.
"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
"Kəpəz": 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.
Yevlax stadionu bu mövsüm həm “Karvan-Yevlax”, həm də “Kəpəz” üçün doğmalaşıb. Bu dəfə tərəflər həmin stadionda qarşılaşdılar. “Karvan-Yevlax” özünü əsl ev sahibi kimi aparmağı bacardı və azarkeşlərini qələbə ilə sevindirdi. Ötən tur “Qəbələ”yə boyun əyən “Kəpəz” bu dəfə “Karvan-Yevlax”a müqavimət göstərə bilmədi. 4:1 hesablı qələbədə Rauf Rüstəmli böyük pay sahibi oldu. Gənc futbolçu “het-trik” müəllifi kimi adını protokola yazdırmağı bacardı. Daha bir qolun müəllifi isə Eltun Turabov oldu. “Kəpəz”in təsəlli qoluna isə Fərid Nəbiyev 48-ci dəqiqədə imza atdı.
“Karvan-Yevlax” bu qələbə sayəsində xalını 11-ə çatdırdı. Amma sonuncu pilləni tərk etmək hələlik mümkün olmayıb. Ardıcıl məğlubiyyətlərə üzülən “Kəpəz” isə 21 xalla 10-cu sıradadır.
“Şamaxı” – “Qarabağ” 0:0
"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
"Qarabağ": 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxıda keçirilən oyun elə başladığı kimi bitdi. Yəni ki, qapılara qol vurulmadı. Düzdür, “Qarabağ” səviyyə fərqini ortaya qoyub, rəqibindən daha yaxşı görünürdü. “Şamaxı”nın bu görüşdə məğlub olmamasının əsas səbəbkarı qapıçı Rikardo Fernandes oldu. Portuqaliyalı qapıçı bir neçə epizodda komandasını real qoldan xilas etdi. Bu xal itkisi “Qarabağ” azarkeşlərini məyus etməklə yanaşı çempionluq şanslarını bir qədər də azaltdı.
“Qarabağ” 26 oyundan 56 xal yığmağı bacarıb. “Köhlən atlar” hazırda turnir cədvəlində ikincidir. “Şamaxı” isə 8-ci pillədə 32 xalla qərarlaşıb.
“Sabah” – “Zirə” 2:2
Qollar: Coy Lens Mikels, 16. İqor Noqeyra, 50 - Ruan Renato, 32. Eren Aydın, 40.
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.
"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sabah”ın qələbə seriyası da bu tur bitdi. Ötən tur “Araz Naxçıvan”la oyunda xal itirmək təhlükəsi yaşayan “Sabah” öz meydanında xal itirdi. “Zirə” hesabda geri düşsə də, fasiləyə qədər iki qol vurmağı bacardı. Bu isə qonaqların fasiləyə üstün durumda yollanması demək idi. Ruhdan düşməyən “Sabah” ikinci hissədə rəqibin qapısına ikinci dəfə yol tapmağı bacardı. “Sabah”ı məğlubiyyətdən xilas edən qola Noqeyra 50-ci dəqiqədə imza atdı. Hərəyə iki qol vuran komandalar meydandan bir xalla ayrıldılar. Bu bir xal hər iki tərəfin işinə yaradı.
Liderliyini davam etdirən “Sabah”ın 66 xalı var. 44 xalı olan “Zirə” isə 4-cü sıradan irəli boylanır.
“Neftçi” – “Araz-Naxçıvan” 2:1
Qollar: İmad Faraj, 33. Breno Almeyda, 57 - Slavik Alxasov, 65.
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen.
“Neftçi” üçün hər şey yaxşı gedir. “Ağ-qaralar” ardıcıl qələbələr qazanır və turnir cədvəlində irəliləyir. Onlar bu dəfə “Araz Naxçıvan”ı üstələyə bildilər. Faraj 33-cü dəqiqədə hesabı açdı. İkinci hissədə Almeyda “Neftçi”nin üstünlüyünü artırdı. Slavik Alxasovun 65-ci dəqiqədə vurduğu qol zəif təsəllidən başqa heç nəyə yaramadı. Çünki bu qolun davamını gətirmək, məğlubiyyətdən qurtulmaq mümkün olmadı.
Xalını 43-ə çatdıran “Neftçi” artıq 5-ci pilləyə yüksəlib. 6-cı pillədəki “Araz Naxçıvan”ın isə 39 xalı var.
"Qəbələ" – "İmişli" 0:1
Qol: Dioqo Rollo, 44
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare.
Baş məşqçi: Kaxaber Tsxadadze.
“İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 20. Nazim Hüseynov, 6. Yau Mozes.
Baş məşqçi: Jorje Kaşkilya.
“Karvan-Yevlax”dan sonra “İmişli” də bu tur qələbə həsrətinə son qoymağı bacardı. Özü də aran təmsilçisi bu uğura səfərdə, “Qəbələ” ilə oyunda imza atdı. “Qəbələ” “Kəpəz” üzərində qazandığını qələbənin davamını gətirməyi bacarmadı. Rollonun 44-cü dəqiqədə vurduğu qol bu qarşılaşmada yeganə oldu. “Qəbələ”nin doğma meydanda üzləşdiyi məğlubiyyət komandanın azarkeşlərini xeyli üzdü və klub rəhbərliyinə düşünmək üçün xeyli mövzu verdi. İkinci hissədə cavab qolu vurmaq üçün xeyli zaman olsa da, “Qəbələ”nin real fürsəti olmadı.
26-cı xalını qazanan “İmişli” 9-cu pillədə bir qədər də möhkəmləndi. 11-ci sıradakı “Qəbələ” isə 27 tur ərzində 19 xal toplayıb.
"Turan Tovuz" – "Sumqayıt" 2:1
Qollar: Filip Ozobiç, 9. Joarlem Santos, 50 - Rayan Senhadji, 64.
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 99. Vadji İbrahima, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdiyev.
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
Tovuzlu azarkeşlər üçün bu tur əlamətdar oldu. Onların sevimli komandası uzun fasilədən sonra doğma rayona qayıtdı. Bu qayıdış da “Sumqayıt” üzərində qələbə ilə əlamətdar oldu. Artıq 9-cu dəqiqədə Ozobiç “Sumqayıt”ın qapısına yol tapdı. Fasiləyə qədər oyunda başqa qol olmadı. İkinci hissədə tərəflər hərəyə bir qol vurdular. Santos 50-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırdı. Amma ikitopluq fərqi qorumaq mümkün olmadı. Rayan Senhadji 64-cü dəqiqədə fərqi azaltdı. Qonaqların gücü bundan artığına çatmadı və “Turan Tovuz” 2:1 hesablı qələbəyə sevindi.
Xalını 52-ə çatdıran qərb təmsilçisi artıq 3-cü pilləni “özəlləşdirmiş” sayılır. 32 xalı olan “Sumqayıt” 7-ci pilləni tutur.
Amal Abuşov