AZ

İran bunu xəyal belə etmirdi: ABŞ ın uğursuzluqları...

ain.az, Axar.az saytına istinadən bildirir.

Donald Tramp İranda müharibəyə ABŞ Konqresinin razılığı və əksər müttəfiqlərin dəstəyi olmadan başlayıb, lakin 6 həftə sonra bunun nə qədər məsuliyyətsiz qərar olduğu daha aydın görünür.

Axar.az xəbər verir ki, bu barədə deyə “Nyu York Tayms” qəzetinin məqaləsində qeyd olunub.

Məqalədə bildirilir ki, o, ciddi hərbi planlaşdırmaya laqeyd yanaşıb, həmçinin intuisiya və şəxsi istəklərə əsaslanaraq hərəkət edib. Tramp Hörmüz boğazının bağlanması ilə neft qiymətlərinin kəskin artmasına səbəb ola biləcək addıma dair heç bir cavab planı hazırlamayıb.

Bundan əlavə, qəzet vurğulayıb ki, müharibə həm İranı, həm də ABŞ-ı zəiflədib.

Nəşr ABŞ-ın üçün dörd uğursuzluğunu sadalayıb:

Birincisi, İranın Hörmüz boğazı vasitəsilə dünya iqtisadiyyatına təsir imkanlarının güclənməsidir. Əvvəllər İran əlavə sanksiyalardan ehtiyat etdiyi üçün belə addım atmırdı, lakin müharibə İran rəhbərliyinə göstərdi ki, bu boğaza nəzarət etmək reallaşa bilər. Nəticədə İran cəmi altı həftə əvvəl yalnız xəyal edə biləcəyi diplomatik təsir vasitələrini əldə etmiş oldu.

İkincisi, dünyanın ABŞ-ı necə hərbi güc kimi qəbul etməsi ilə bağlıdır. Çünki İranda aparılan müharibə, eləcə də ABŞ-ın Ukraynaya, İsrail və digər müttəfiqlərə verdiyi dəstək bəzi silah növləri üzrə arsenalın əhəmiyyətli hissəsini tükədib. Bu arsenalın əvvəlki səviyyəyə qaytarılması isə illər çəkəcək. Digər tərəfdən, müharibə göstərdi ki, ABŞ ordusu müharibənin yeni aparılma üsullarına qarşı həssasdır: ABŞ İrana məxsus ənənəvi hava və dəniz qüvvələrini məhv etmək üçün yüksək texnologiyalı sursatlardan istifadə edib.

Üçüncüsü, müttəfiqlər bu müharibədə ABŞ-ı dəstəkləməkdən imtina ediblər və Hörmüz boğazının açılmasına yardım göstərməyiblər.

Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada və Qərbi Avropanın əksər ölkələri mühüm sahələrdə ABŞ-ın müttəfiqi olaraq qalsalar da, artıq ABŞ-ı etibarlı tərəfdaş hesab etmirlər. Onlar gələcəkdə ABŞ-a daha yaxşı müqavimət göstərə bilmək üçün öz aralarında daha güclü əlaqələr qurmağa çalışırlar.

Dördüncüsü, ABŞ-ın mənəvi nüfuzu ilə bağlıdır. ABŞ uzun müddət dünyada bir çoxları üçün bir “mayak” kimi qəbul olunub. Amerikanın cazibədarlığı təkcə onun rifahından deyil, həm də azadlıq və demokratik dəyərlərindən qaynaqlanır.

Lakin Tramp öz siyasi karyerası boyunca bu dəyərləri zəiflədib və onlara zərər vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
axar.az

2Mənbələr