AZ

ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (United States Central Command (CENTCOM) – ABŞ Şərq vaxtı ilə13 aprel saat 17:00-da (Bakı vaxtı ilə bu gecə saat saat 00:00-dan) İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasının tətbiqinə başlanacağını açıqlayıb.

Marja xəbər verir ki, CENTCOM-un sosial media platformasındakı hesabından yayılan açıqlamada bildirilib ki, İran limanlarına qarşı dəniz blokadası bu gündən qüvvəyə minəcək.

Açıqlamada deyilir:

“CENTCOM qüvvələri Prezidenti Donald Trampın göstərişinə uyğun olaraq 13 aprel saat 10:00-da (ABŞ Şərq vaxtı ilə) İran limanlarına daxil olan və ya bu limanlardan çıxan bütün dəniz nəqliyyatına qarşı blokada tətbiq etməyə başlayacaq.”

Məlumatda vurğulanıb ki, sözügedən dəniz blokadası Bəsrə  körfəzi və Oman körfəzi daxil olmaqla bütün İran limanlarına və sahil bölgələrinə daxil olan və ya bu ərazilərdən ayrılan bütün ölkələrin gəmilərinə qarşı “neytral şəkildə” tətbiq ediləcək.

Açıqlamada həmçinin qeyd olunub ki, CENTCOM qüvvələri Hörmüz boğazından keçərək İran xaricindəki limanlara gedən və ya həmin limanlardan gələn gəmilərin hərəkətinə mane olmayacaq.

İş elanları AzVak.az-da

Seçilən
13
marja.az

1Mənbələr