AZ

İybilmə qabiliyyətinin zəifləməsi Altsheymerin xəbərçisi ola bilər

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağciyər xərçəngi ilə bağlı araşdırmalardan sonra alimlər beyin xəstəlikləri sahəsində də mühüm yeniliyə imza atıblar. Yeni araşdırma göstərir ki, iybilmə qabiliyyətinin pisləşməsi yaddaş problemləri yaranmazdan xeyli əvvəl Altsheymer xəstəliyinin erkən bioloji göstəricisi ola bilər.Demokrat.az bildirir ki, Şenjen və Çunçin universitetlərinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələri "Molecular Psychiatry" jurnalında dərc olunub.Məlum olub ki, xəstəliyin ilk mərhələlərində beynin qoxuları emal edən hissəsi ilə yaddaş və qərar qəbul etməyə cavabdeh olan hissəsi arasındakı əlaqə pozulur. Bu nahiyələr xatirələrin izlərini saxlayan neyronlardan ibarət xüsusi şəbəkə yaradır. Təcrübələr göstərib ki, həmin şəbəkədə siqnalların ötürülməsi zəifləyir və bu da insanın qoxuları tanımaq və yadda saxlamaq qabiliyyətini itirməsinə gətirib çıxarır.Alimlərin fikrincə, bu kəşf xəstəliyin erkən diaqnostikasında inqilab edə bilər. İybilmə qabiliyyətindəki dəyişikliklər digər simptomlardan daha tez üzə çıxdığı üçün bu üsul xəstəliyi ən səmərəli müalicə dövründə aşkar etməyə imkan verəcək. Hazırda alimlər beyindəki həmin neyron əlaqələrini bərpa edəcək yeni müalicə metodları üzərində çalışırlar.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr