AZ

Barış Arduç qızıl medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Məşhur aktyor Barış Arduç bu dəfə aktyorluğu ilə deyil, idmandakı uğuru ilə diqqət çəkib.

Hafta.az xəbər verir ki, o, İtaliyada keçirilən beynəlxalq jiu-citsu turnirində qızıl medal qazanıb.

Milan şəhərində təşkil olunan "Milan International Open 2026 - IBJJF Jiu-Jitsu Championship" turnirində iştirak edən Arduç 85 kq orta-ağır çəki dərəcəsində mübarizə aparıb.

Turnir boyu güclü rəqiblərlə qarşılaşan aktyor uğurlu çıxışı ilə seçilərək öz kateqoriyasında birinci olub və qızıl medala sahib çıxıb.

Onun bu nailiyyəti pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb, turnirdən paylaşdığı görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəmə çevrilib.

Seçilən
14
hafta.az

1Mənbələr