AZ

Magyar: “Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir”

“Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir”.

Editor.az xəbər verir ki, bu sözləri Macarıstanda keçirilən seçkilərdə qalib gələn “Tisza” hərəkatının lideri Peter Magyar ilk açıqlamasında deyib.

Səslərin 96 faizinin sayıldığı Macarıstanda seçkilərdə 53 faizdən çox səs topladığı bildirilən və baş nazir Viktor Orban tərəfindən təbrik edilən Magyar Budapeştdə tərəfdarlarına müraciət edib.

Çıxışına “Buna nail olduq” sözləri ilə başlayan Magyar bildirib: “Seçkiləri Tisza və Macarıstan qazandı. Həm də kiçik fərqlə deyil, böyük üstünlüklə. Birlikdə Macarıstanı azad etdik. Sizsiz bunu bacarmazdıq”.

Macarıstan xalqına təşəkkür edən Magyar sözlərini belə davam etdirib: “Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir. Ölkəmizi tərk edən macar xalqına səslənirəm: evə qayıdın. Çünki Macarıstanın bütün qızlarına və oğullarına ehtiyacı var”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr