AZ

ABŞ-İran danışıqlarında uğursuzluq – Təfərrüatlar ortaya çıxdı


ABŞ-İran danışıqlarında İran aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı lazım olan məbləğ barədə fikir ayrılıqları yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ”X” sosial şəbəkə səhifəsində bildirib.
Jurnalistin sözlərinə görə, ABŞ həmçinin özünün qırmızı xətlərini İranın uranın zənginləşdirilməsini dayandırması, bütün əsas zənginləşdirmə müəssisələrini ləğv etməsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi tələbi kimi görür.
Bundan əlavə, Vaşinqton Hörmüz boğazının rüsum almadan tam açılmasında israr edir.
Qeyd edək ki, 11 apreldə ABŞ və İran Pakistanın vasitəçiliyi ilə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların qaldırılması və düşmənçilik əməliyyatlarına son qoyulması məsələlərini müzakirə etmək üçün danışıqlar aparıblar.
ABŞ vitse-prezidenti C.D. Vens ABŞ-nin qırmızı xətlərini aydın şəkildə göstərdiyini, lakin İranın Vaşinqtonun şərtləri ilə razılaşmadığını vurğulayıb.
Seçilən
26
50
yeniavaz.com

10Mənbələr