AZ

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi 

Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib...

Poliqon xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

Bildirilib ki, 140 və 140E saylı marşrut xətləri gedərkən Mərdəkan dairəsindən Əliheydər Qarayev küçəsinə, oradan isə Almas İldırım küçəsinə çıxaraq öz sxemləri üzrə hərəkətlərini davam etdirirlər.
Buna səbəb yolun çökməsi və aparılan təmir işləridir.

Eyni zamanda, 30 saylı marşrut xəttinin hərəkət istiqamətində Kamran Əfkari küçəsində (UPD) aparılan təmir işləri ilə əlaqədar avtobuslar müvəqqəti olaraq Babək prospekti ilə hərəkət edirlər.

Poliqon.info

Seçilən
7
14
poliqon.info

10Mənbələr