AZ

14 oyun sonra qələbə: 3 xal və 40 min mükafat

Azərbaycan Premyer Liqasının XXVII turunda “İmişli” səfərdə “Qəbələ”ni məğlub edib (1:0).

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik bu qələbəyə biganə qalmayıb. Belə ki, komandaya vacib 3 xal üçün 40 min manat mükafat ayrılıb.

Bu, mövsümün ən yüksək “premya”sı olub.

Xatırladaq ki, İmişli təmsilçisi Premyer Liqada 14 oyun sonra qalib gəlib. Komanda hazırda 26 xalla 9-cu sırada qərarlaşıb.

Seçilən
22
idmanxeber.az

1Mənbələr