AZ

Qayıqdan yıxılan qadın itkin düşüb- Həyat yoldaşı şübhəli şəxs qismindədir

Rusiyanın Moskva vilayətində su anbarında baş vermiş hadisə geniş rezonans doğurub. İstirahət zamanı qayıqdan suya yıxılan qadının taleyi hələ də məlum deyil.

AzPost xəbər verir ki, hadisə qayıqla gəzinti zamanı baş verib. İlkin məlumatlara görə, qadın müvazinətini itirərək suya düşüb və bir daha suyun üzünə çıxmayıb. Hadisə zamanı qayıqda onunla birlikdə olan həyat yoldaşı xilasetmə xidmətinə müraciət edib.

Lakin hadisənin baş vermə şəraiti və kişinin ifadələrindəki bəzi ziddiyyətlər hüquq-mühafizə orqanlarında şübhə yaradıb. Hazırda o, hadisə ilə bağlı əsas şübhəli şəxs qismində nəzarətə götürülüb. İstintaq versiyalarından biri hadisənin bədbəxt hadisə deyil, qəsdən törədilmiş bir əməl olması ehtimalıdır.

Hadisə yerinə dərhal xilasedicilər və dalğıclar cəlb olunub. Genişmiqyaslı axtarış işləri davam etdirilsə də, hələlik itkin düşən qadının izinə rast gəlinməyib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin bütün təfərrüatları araşdırılır.

AzPost.az

Seçilən
9
1
azpost.info

2Mənbələr