Yüngül toxunuşdan sonra belə göyərmələrin görünməsi daxili problemlərin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, SM-Klinikasının terapevti Şota Kalandia göyərmələrə qarşı artan həssaslığın əsas səbəblərini müzakirə edib.
Onların arasında:
- dərman qəbul etmək (aspirin, heparin, antibiotiklər, kimyaterapiya dərmanları);
- hamiləlik (gestasiya trombositopeniyası);
- yaşla bağlı dəyişikliklər (dərinin incəlməsi və qan damarlarının gücünün azalması);
- qaraciyər, böyrək, ürək xəstəlikləri, diabet;
- B12 vitamini və fol turşusu çatışmazlığı;
- alkoqol istismarı;
- birləşdirici toxuma patologiyaları (Ehlers-Danlos və Marfan sindromları);
- qan xəstəlikləri (hemofiliya, lösemi).
Həkim vurğulayır ki, göyərmələr heç bir səbəb olmadan baş verərsə və ya çox asan olarsa, mütəxəssisə müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc
E-saglam.az