“Lufthansa” Almaniya hava yolları şirkətinin pilotlarının kütləvi tətili başlayıb. Etiraz aksiyası nəticəsində 100-lərlə reysin ləğv ediləcəyi gözlənilir. Bununla yanaşı, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycanda daxil olmaqla bəzi ölkələr istiqamətində istisnalar edilib.
VAXT.AZ “Deutsche Welle” istinadən xəbər verir ki, pilotlar ittifaqının məlumatına görə, tətil gecə yarısından başlayıb və iki gün davam edəcək. “Vereinigung Cockpit” həm “Lufthansa”, həm də onun bir neçə törəmə şirkətində çərşənbə axşamına qədər işin dayandırılmasına çağırış edib.
Tətil “Deutsche Lufthansa”, “Lufthansa Cargo” və “Lufthansa CityLine” pilotlarını əhatə edir. Bu gün yarısında başlayan tətil çərşənbə axşamı eyni saatda başa çatacaq.
48 saatlıq pilot tətili səbəbindən Almaniyanın iri hava limanlarından Frankfurt və Münhen istiqamətinə çoxsaylı reyslər ləğv edilib.
“Eurowings” şirkəti qeyd edib ki, tərəfdaş aviaşirkətlərin dəstəyi ilə uçuşların bir hissəsi qorunub saxlanıla bilər. Sərnişinlərə uçuşlarının statusunu birbaşa aviaşirkətlərdən yoxlamaq tövsiyə olunub.
Qeyd olunur ki, bu, “Lufthansa” pilotlarının keçirdiyi tətil il həyata keçirilən dördüncü etiraz aksiyasıdır. Əvvəlki aksiyalar da Almaniyanın ən böyük aviaşirkətində çoxsaylı uçuşların ləğvinə səbəb olmuşdu.
Tətilin əsas səbəbi pilotların pensiya təminatı və “Lufthansa CityLine” əməkdaşlarının əməkhaqqı ilə bağlı kollektiv müqavilə mübahisələridir. Aviaşirkət isə bildirib ki, pilotlar ittifaqının bu qərarı münaqişənin gərginləşməsində yeni mərhələ hesab olunur.
Yaxın Şərqdəki vəziyyət fonunda Almaniyadan Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən, İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istiqamətlərinə uçuşlar tətilə daxil edilməyib.