AZ

Ronaldo Braziliya millisinin dünya çempionu olmaq şanslarını dəyərləndirib

"Real Madrid", "İnter" klublarının və Braziliya millisinin keçmiş hücumçusu Ronaldo Karlo Ançelottinin rəhbərliyi altında "selesao"nun 2026-cı il dünya çempionatındakı çıxışı barədə gözləntilərini bölüşüb.

Oxu.Az bu barədə by.tribuna.com-a istinadən xəbər verir.

"Bizim "Real Madrid"də kiçik Vini, "Barselona"da Rafinya, "Çelsi"də Estevao kimi oyunçularımız var. Onların hamısı möhtəşəmdirlər: Avropanın top-klublarında özlərini parlaq şəkildə göstərirlər və artıq kifayət qədər təcrübə toplayıblar.

Hesab edirəm ki, millinin dünya çempionatında real şansı var. Mən həqiqətən Ançelottiyə inanıram - o, tarixin ən böyük məşqçilərindən biridir.

Çempion olacağıqmı? Bu, çox çətindir, lakin şans var və bu şans yığmaların mütləq əksəriyyətindən xeyli yüksəkdir. Bizim şansımız dünyadakı komandaların 95%-indən daha çoxdur", - deyə Ronaldo bildirib.

Braziliya millisi 2026-cı il dünya çempionatında Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə birlikdə C qrupunda çıxış edəcək.

"Cebheinfo.az"

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr