AZ

Bəqai: "40 günlük müharibədən sonra ABŞ-a etimad yoxdur"

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai İslamabadda keçirilən danışıqların 40 günlük müharibədən sonra ABŞ-yə qarşı inamsızlıq atmosferində keçdiyini bildirib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə XİN rəsmisi İran dövlət televiziyasına danışıb.

Onun sözlərinə görə, bu danışıqlar ABŞ və İsrailin doqquz ayda ikinci dəfə münaqişəyə girdiyi 40 günlük müharibədən sonra təkcə inamsızlığın deyil, həm də şübhənin hökm sürdüyü bir atmosferdə keçirilib:

"Buna görə də, razılaşmanın tək bir görüşdə əldə edilməməsi təbiidir. Bundan əlavə, onsuz da heç kim bunu gözləmirdi", - deyə o bildirib.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edib. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak ediblər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edib.

"Cebheinfo.az"

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr