AZ

Mete Qazoz medal qazandı

Türkiyə milli komandasının atleti Mete Qazoz 2026-cı ildə Meksikanın Puebla şəhərində keçirilən oxatma üzrə dünya kubokunun ilk mərhələsində fərdi klassik kamanla yarışda bürünc medal qazanıb.

"Cebheinfo.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, türkiyəli idmançı yarımfinalda Tayvanlı rəqibi Çih-Çun Tanqa məğlub olaraq bürünc medal görüşünə vəsiqə əldə edib.

Mete Qazoz üçüncü yer uğrunda qarşılaşmada meksikalı Matias Qrandenı 7-3 hesabı ilə məğlub edərək podiuma yüksəlib.

Beləliklə, Türkiyə yığması Meksika mərhələsini ümumilikdə 3 gümüş və 2 bürünc medalla başa vurub.

"Cebheinfo.az"

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr