AZ

Ata 9 yaşlı oğlunu iki il mikroavtobusda kilidli saxladı

Fransanın şərqində yerləşən Hagenbach kəndində ağır zorakılıq faktı üzə çıxıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  2024-cü ildən etibarən atası tərəfindən mikroavtobusda kilidli saxlanılan 9 yaşlı uşaq xilas edilib.

Məlumata görə, uzun müddət hərəkətsiz qalan və kifayət qədər qidalanmayan uşaq yeriyə bilməz vəziyyətdə tapılıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə qonşunun uşaq səslərini eşidərək polisə xəbər verməsi ilə üzə çıxıb. Hüquq-mühafizə orqanları uşağı nəqliyyat vasitəsinin içində aşkar ediblər.

Ata saxlanılıb və ona qarşı ağır ittihamlar irəli sürülüb. Faktla bağlı araşdırma davam edir.

Seçilən
4
azedu.az

1Mənbələr