AZ

ADAU nun tələbələri müasir iş dünyasının tələbləri ilə tanış olublar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Gəncə, 13 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin əmək bazarına hazırlanması və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Azərsun Holdinq” ilə birgə növbəti maarifləndirici tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində “Azərsun Holdinq”in İnsan resursları üzrə mütəxəssisləri tələbələrlə görüşərək müasir əmək bazarının tələbləri, karyera planlaşdırılması və iş dünyasında uğur qazanmaq üçün vacib bacarıqlar barədə ətraflı məlumat veriblər.

Master-klas zamanı tələbələrə düzgün CV hazırlanması, HR yanaşması əsasında diqqətçəkən profilin formalaşdırılması, iş müsahibələrində özünü effektiv təqdim etmə və ünsiyyət bacarıqları ilə bağlı praktiki tövsiyələr təqdim olunub. Bununla yanaşı, iş axtarışı prosesində qarşıya çıxan imtina cavablarının düzgün idarə olunması və bu təcrübədən səmərəli faydalanma yolları izah edilib. Korporativ mühitdə uğurlu inteqrasiya anlayışı və şirkət dəyərlərinə uyğunlaşmanın əhəmiyyəti də diqqətə çatdırılıb.

Tədbir interaktiv formatda təşkil olunub, praktiki nümunələr əsasında müzakirələr aparılıb və tələbələrə real iş mühitində qarşılaşa biləcəkləri situasiyaları təhlil etmək imkanı yaradılıb.

Eyni zamanda, tələbələrə “Azərsun Holdinq”də mövcud karyera imkanları, təcrübə proqramları və aktual vakansiyalar barədə geniş məlumat verilib.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
azertag.az

1Mənbələr