AZ

Festivalın ən səs küylü çıxışını etdi Video

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya şöhrətli müğənni Castin Biber bu il keçirilən "Coachella" festivalında möhtəşəm çıxışı ilə diqqət mərkəzində olub.

Axşam.az xəbər verir ki, ifaçı konserti zamanı pərəstişkarlarına unudulmaz anlar yaşadıb. O, məşhur hitləri “Sorry”, “Love yourself”, “Peaches”, “Ghost” və “What do you mean?” mahnılarını səsləndirib.

Konsertin ən yaddaqalan məqamlarından biri isə nostalji dolu səhnə şousu olub. Belə ki, müğənni çıxışı zamanı tamaşaçıları 2000-ci illərə aparıb. Səhnədəki böyük ekranda onun illər əvvəl çəkilmiş kliplərindən və arxiv görüntülərindən parçalar nümayiş etdirilib. Castin həmin illərdə oxuduğu mahnılardakı səsin xodunu almadan canlı şəkildə müşayiət edib və sanki əvvəlki özü ilə duet oxuyurmuş kimi təsir bağışlayıb. Bu anlar izləyicilərdə xüsusi emosiyalar yaradıb.

Gecənin digər diqqət çəkən məqamlarından biri isə müğənninin həyat yoldaşı Heyli Biberin də onu izləyənlər arasında yer alması olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
axsam.az

2Mənbələr