AZ

Avstraliya tarixində ilk dəfə - Baş Qərargah rəisi qadın olacaq

Avstraliyanın Baş naziri Entoni Albanese ölkənin ilk qadın Ordu Baş Qərargah rəisi təyin edib.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin açıqlamasına görə, general-leytenant Syuzan Koyl Ordu Baş Qərargah rəisi təyin edilib.

Açıqlamada deyilir ki, iyul ayından etibarən 125 illik tariximizdə ilk qadın Ordu Baş Qərargah rəisi vəzifəsini tutacağıq.

Qeyd olunur ki, Koyl hərbi xidmətinə 1987-ci ildə Ordu Ehtiyat əsgəri kimi başlayıb və daha sonra digər vəzifələrlə yanaşı, Əfqanıstan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri və 17-ci Siqnal Alayının komandiri vəzifələrində çalışıb.

Seçilən
11
ucnoqta.az

1Mənbələr