AZ

“PAŞA Bank" investorlarına minimum 30-40% dividend vəd edir

Bakı. Trend:

“PAŞA Bank” investorlarına hər il minimum 30-40% dividendödəməyi planlaşdırır.

Trend xəbərverir ki, bunu bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısıMurad Süleymanov səhmlərin satışının başlanmasına həsr olunmuşmətbuat konfransında deyib.

Onun sözlərinə görə, dividend ödənişi səhmdarların qərarındanasılı olsa da, bank minimum 30-40% səviyyəsində ödənişlərihədəfləyir:

“Son 2-3 ildə təxminən 60% ətrafında dividend ödənişi etmişik.Səhmdarlara sözümüz minimum 30-40%-dir”.

M.Süleymanov əlavə edib ki, növbəti dividend ödənişlərinin builin iyun-iyul aylarında həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, "PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO)çərçivəsində səhmlərinin abunə yazılışına bu gün saat 11:00-danetibarən start verəcək. Bununla da səhmlər artıq hər kəs üçün açıqolacaq. Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərindədavam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi,adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirməqiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış | səhmdir vəmaksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmişməbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərinyerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

İnvestorlar "PAŞA Bank", "Birbank Invest", həmçinin əsasanderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və "Leobank"platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edəbilərlər. Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və"Unibank" filiallarında, eləcə də "PAŞA Kapital" ofisindəmümkündür.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr