AZ

Qazaxıstanda qanunsuz miqrasiya təşkilatçıları saxlanılıb

Astana, 13 aprel, AZƏRTAC

Qazaxıstanın Şımkent ərazisində qanunsuz miqrasiya kanalı təşkil edən cinayətkar qrupun fəaliyyəti dayandırılıb.

AZƏRTAC Qazaxıstan DİN-ə istinadla xəbər verir ki, cinayətkarlar pul müqabilində xarici vətəndaşların ölkəyə girişi və onların qeyri-leqal məskunlaşması ilə məşğul olublar.

Əməliyyat zamanı 28 axtarış aparılıb, onlarla xarici pasport, ofis avadanlığı, rabitə vasitələri, saxta əmək müqavilələri, külli miqdarda pul və qeydiyyatsız silahlar müsadirə edilib.

Qrupun təşkilatçısına qarşı məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib, cinayətkar dəstənin 13 üzvü isə saxlanılıb. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin “Qanunsuz miqrasiyanın təşkili” maddəsi ilə məhkəməyəqədər istintaq başlayıb.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
23
1
azertag.az

2Mənbələr