AZ

“Neftçi”də hər şey çox fərqli olacaq - O müjdəni verdi!

«Neftçi» yeni bir yoldadır. Qələbə seriyasını üç oyuna çatdırdılar.

Yuri Vernidubun mesajı indi çatıb futbolçulara - kim qəhrəmanlıq etməsə, iyundan sonra bizimlə bir yerdə olmayacaq.

Bu xəbərdarlıq çoxluğu yerindən tərpədib. Freddi Varqasın son iki həftədəki çıxışı göz doldurur.

Paraqvaylı yarımmüdafiəçi bildi ki öz «dünya»sında qalmağa davam eləsə, ağzı yanacaq. İmaj Faraja ünvanladığı hava asmasındakı o estetik gözəllik izlənilməyə dəyərdi.

Emin Mahmudov 2017-ci ildən ağ-qara formanı geyinir. Ötən müddətdə neçə-neçə baş məşqçi ilə işləyib o.

Amma Vernidubun gəlişindən sonrakı Emin ondan qabaqkı Emindən daha istəkli, daha mübariz, daha çalışqandır.

Həmin günlər olsaydı, Emin qasıq nahiyəsindən aldığı xəsarəti bəhanə edib, iki-üç həftə, 1 ay kənarda dayanardı, məşqə çıxmazdı.

Vernidubun dəyişdiyi Emin «Neftçi»yə faydasının dəyməsi üçün Serbiyaya uçur, Belqrada kiçik əməliyyat olunur.

Ukraynalı baş məşqçi bugünkü «Neftçi»nin göydə axtardığı, yerdə tapdığı yardır. Samir Abasovun yarasına duz basdığı komandanı bu təcrübəli adam ehmalca sağaldır.

«Araz-Naxçıvan»ın müdafiə xəttinin başını döndərən, nəfəsini kəsən uzun və qısa ötürmələrin sürətindən göründü ki, Vernidubun «Neftçi» azarkeşinə bu mesajı verməsinə az qalıb - məndən o müjdəni alacaqsız.

KAMİL

Seçilən
20
sportinfo.az

1Mənbələr