AZ

“IPO-da iştirak edən investorlar üçün qiymət üstünlüyü var”-

IPO-da iştirak etməyən investorlar sonradan səhmləri yalnız təkrar bazardan əldə edə biləcəklər. Bu zaman əsas məsələ qiymət olacaq və həmin qiymətlər artıq bazar tərəfindən müəyyən ediləcək. Bunu

 "İlkin mərhələdə səhmləri almaq investorlar üçün daha əlverişli imkan yaradır. Belə ki, IPO çərçivəsində səhmlər sabit qiymətlə – 55 manat səviyyəsində təklif olunur. Gələcəkdə isə təkrar bazarda qiymətlər dəyişkən olacaq və daha yüksək səviyyədə formalaşa bilər. Eyni zamanda bu səhmlər daha çox uzunmüddətli investisiya aləti kimi nəzərdə tutulub. İnvestorlar həm qiymət artımı, həm də gələcək alqı-satqı əməliyyatları vasitəsilə gəlir əldə edə bilərlər.

O əlavə edib ki, hazırda bazarda likvidliyin təmin olunması üçün market-meyker mexanizmi üzərində işlər aparılır və yaxın aylarda bu istiqamətdə yeniliklərin elan olunması gözlənilir.

Bildirilib ki, IPO zamanı səhmlərin vahid qiymətlə təklif olunması investorlar üçün şəffaflıq və rahatlıq yaradır. Təkrar bazarda isə qiymətlər tələb və təklif əsasında formalaşacaq ki, bu da investorlar üçün əlavə imkanlar açacaq.

Aytac Zeynalov

Seçilən
2
2
anews.az

3Mənbələr