Bakı. Trend:
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilənvəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindənTrend-ə verilənməlumata görə, Müdafiə Nazirliyinin Mənzil-İstismar XidmətininSalyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsindəçalışmış, həmçinin həmin qurumun rəisi vəzifəsini müvəqqəti icraetmiş Rüstəmov Əvəz Əli oğlunun qanunsuz əməlləri ilə bağlı daxilolmuş material əsasında başlanmış cinayət işinin istintaqıtamamlanıb.
İbtidai istintaq zamanı müəyyən edilib ki, Əvəz Rüstəmov vəzifəsəlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidmətimənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsivə qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdənmüxtəlif məbləğlərdə rüşvət alıb. O, həmçinin vəzifə saxtakarlığıtörətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsirgöstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1(nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onunbarəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə evdustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.