AZ

“Qəbələ” “İmişli” matçını 200 nəfər izləyib Azarkeşlərin STATİSTİKASI

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda keçirilən qarşılaşmaları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.

İdman.Biz xəbər verir ki, altı oyunda ümumilikdə 12 820 tamaşaçı qeydə alınıb.

Ən çox azarkeş “Turan Tovuz” - “Sumqayıt” matçına toplaşıb - bu görüşü tribunadan 4500 nəfər izləyib. “Karvan-Yevlax” - “Kəpəz” qarşılaşmasını 2500, “Neftçi” - “Araz-Naxçıvan” duelini 2200, “Şamaxı” - “Qarabağ” oyununu isə 2100 azarkeş canlı izləyib. “Sabah” - “Zirə” görüşündə 1320 tamaşaçı qeydə alındığı halda, ən az azarkeş “Qəbələ” - “İmişli” matçında olub - cəmi 200 nəfər.

Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci turun oyunlarına aprelin 17-də start veriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr