AZ

Başlıq: ABŞ Müdafiə Nazirliyi PrSM raketlərinin alımını 10 dəfədən çox artırmağı planlaşdırır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın Müdafiə Nazirliyi yeni "PrSM" (Precision Strike Missile) raketlərinin illik alımını İranda tətbiqindən sonra 10,5 dəfə artırmaq üçün maliyyələşdirmə əldə etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı məlumat verib.

Portalın məlumatına görə, Pentaqonun hədəfi 1 134 raket əldə etməkdir, hazırda isə sayı 108-dir. Beləliklə, alış həcmi 950% artmalıdır.

2025-ci ilin oktyabrında "PrSM" raketlərini istehsal edən "Lockheed Martin" şirkəti hər il 400 raket istehsal etməyi planlaşdırdığını açıqlamışdı.

Portal bildirir ki, 2 mart tarixində ABŞ Silahlı Qüvvələri ilk dəfə "PrSM" raketlərini döyüş şəraitində tətbiq edib. Ekspertlər yeni raketi ABŞ Mərkəzi Komandanlığının paylaşdığı videoda tanıyıblar. Videoda "High Mobility Artillery Rocket System" (HIMARS) qurğularından istifadə edərək raketin İranda yerləşən əraziyə buraxılması göstərilib.

30 martda "The New York Times" qəzeti yazıb ki, ABŞ Silahlı Qüvvələri "PrSM" raketləri ilə İranın Lamerd şəhərinə zərbə endirib. Hücum idman zalı və ibtidai məktəb binalarına dəyib. 21 nəfər ölüb, 100 nəfər yaralanıb. ABŞ hərbi ekspertləri qeyd edirlər ki, "PrSM" raketlərinin submunitionları volfram şarları ilə təchiz olunub və hədəfə dəymədən partlayır, maksimum ziyan vurmaq üçün hazırlanıb.

2 aprel tarixində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqayi zərbə ilə bağlı məlumatı təsdiqləyib və bunu hərbi cinayət adlandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr