AZ

Kuba Prezidenti ABŞ-yə xəbərdarlıq etdi

Kuba Prezidenti Migel Dias Kanel (Miguel Diaz-Canel) mümkün ABŞ işğalı ilə bağlı açıqlama verib. 

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın “NBC News” televiziya kanalının “Meet the Press” proqramında çıxış edən Kanel deyib ki, ABŞ-nin Kubanı işğal etməsi üçün heç bir əsaslı səbəb yoxdur.

Kanel mümkün ABŞ işğalına toxunaraq belə deyib: 

“Əgər bu baş verərsə, toqquşma olar, mübarizə olar, özümüzü müdafiə edərik və əgər ölməyimiz lazım gələrsə, ölərik”.

Kubalıların vətənini nə bahasına olursa olsun müdafiə edəcəyini vurğulayan Kanel bildirib:

“Vaxtı gəldikdə ABŞ-nin Kubaya qarşı hərbi hücum başlatması, "cərrahi əməliyyat" aparması və ya bir dövlət başçısını qaçırması üçün heç bir səbəb olacağına inanmıram.

Çünki milli himnimizdə də deyildiyi kimi, vətən uğrunda ölmək, yaşamaq deməkdir”.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr