AZ

Orban illər boyu Macarıstanın müstəqilliyini və azadlığını qorumağa çalışıb -Marin Le Pen

Fransanın sağçı “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Macarıstanın Baş naziri Viktor Orban və onun “Fides” partiyasının seçkidə məğlub olmasından sonra Avropa İttifaqının reaksiyasını tənqid edib.

Redaktor.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.

Le Pen bildirib ki, Orban illər boyu Macarıstanın müstəqilliyini və azadlığını qorumağa çalışıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının bu nəticədən məmnun qalması Macarıstan üçün narahatlıq yarada bilər.

Siyasətçi həmçinin qeyd edib ki, Orban haqqında “diktator” iddialarına baxmayaraq, hakimiyyətin dəyişməsi demokratik qaydada baş verib.

Aytəkin TOFİQQIZI

Seçilən
6
1
redaktor.az

2Mənbələr