AZ

“Kəpəz”də zəlzələ: Ağır məğlubiyyətdən sonra rəhbərlik məşqçi savaşı

ain.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 27-ci turu "Kəpəz" üçün ciddi silkələnmə ilə yadda qaldı. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin "Karvan-Yevlax" qarşısında 1:4 hesablı məğlubiyyəti təkcə nəticəyə yox, klub daxilindəki münasibətlərə də ağır zərbə vurub.Məğlubiyyətin ardından rəhbərliklə baş məşqçi Azər Bağırov arasında gərginliyin açıq müstəviyə keçməsi vəziyyətin düşünüldüyündən daha ciddi olduğunu göstərir. Klub rəsmilərinin narazılıqlarını gizlətməməsi isə artıq adi uğursuzluqdan yox, sistemli problemlərdən xəbər verir.Mövsüm boyu qeyri-sabit çıxışı ilə diqqət çəkən "Kəpəz"də bu cür ağır hesablı məğlubiyyətin yaşanması təsadüfi sayıla bilməz. Komandanın oyun planında boşluqlar, müdafiədə kobud səhvlər və motivasiya çatışmazlığı uzun müddətdir hiss olunur. Bu fonda baş məşqçiyə yönələn tənqidlər müəyyən mənada başadüşüləndir, lakin məsuliyyətin yalnız texniki heyətin üzərinə atılması da vəziyyətə obyektiv yanaşma deyil.Rəhbərliklə məşqçi heyəti arasında "qara pişik"in keçməsi komandanın gələcəyi baxımından təhlükəli siqnaldır. Əgər tərəflər arasında anlaşma qısa zamanda bərpa olunmasa, bu gərginlik meydandakı nəticələrə daha ciddi şəkildə təsir edə bilər. Mövsümün həlledici mərhələsinə qədəm qoyularkən "Kəpəz"in daxilində sabitliyin pozulması isə komandanı daha dərin böhrana sürükləmək riski daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sport24.az

1Mənbələr