AZ

Gəncədə təhsilin yeni ünvanı Məktəb və universitet hazırlığı vahid məkanda!

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın təhsil sahəsində 16 illik təcrübəyə malik Bani Seminariyası və ölkənin aparıcı özəl təhsil müəssisələrindən biri olan LANDAU School-un birgə əməkdaşlığı ilə Gəncədə “Bani Abituriyent Məktəbi by LANDAU” fəaliyyətə başlayır.

“Bani Abituriyent Məktəbi”ndə şagirdlər həm attestat əldə edəcək, həm buraxılış və blok imtahanlarına, həm də beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL və YÖS) hazırlaşa biləcəklər.

Kurs əsaslı təhsil modeli artıq 2 ildir ki, paytaxt Bakıda “9-11 Hazırlıq Məktəbi” formatında uğurla tətbiq olunur və əldə olunan nəticələr onun effektivliyini açıq şəkildə göstərir

“9-11 Hazırlıq Məktəbi”nin ötən tədris ili üzrə nəticələri bu modelin praktik olaraq necə işlədiyini göstərir:

- SAT – 1350+

- IELTS – 7.0+

- DİM – 200+

- Universitetlərə qəbul – 100%

İndi isə həmin təcrübə Gəncə şəhərinə gətirilir. Bu məktəbin Gəncədə fəaliyyətə başlaması region gəncləri üçün həm yerli, həm də xarici universitetlərə qəbul imkanlarının genişlənməsində mühüm rol oynayacaq.

Bu uğurlu təcrübə əsasında qurulan “Bani Abituriyent Məktəbi” 8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Abituriyent məktəbi sayəsində şagirdlər məktəb və əlavə hazırlıq arasında seçim etmək məcburiyyətində qalmır, effektiv dərs rejimi ilə vaxtlarını daha səmərəli planlaşdırır və diqqətlərini əsas hədəflərinə yönəldirlər.

Abituriyent məktəbini uğurla başa vuran şagirdlərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi attestat təqdim olunur.

“Bani Abituriyent Məktəbi”nin əsas üstünlükləri bunlardır:

•              Həm buraxılış, həm də blok imtahanlarına hazırlıq;

•              Beynəlxalq imtahanlara hazırlıq (SAT, IELTS, TOEFL və YÖS);

•              Nəticəyönümlü dərs rejimi;

•              Aylıq ödəniş sistemi;

•              Rəsmi məktəb attestatı;

•              Vaxt və əlavə xərclərə qənaət;

•              Erkən mərhələdən düzgün akademik istiqamətləndirmə.

2026/2027 tədris ili üçün aşağıdakı proqramlar üzrə qəbul açıq elan olunur:

•              Buraxılış imtahanı + DİM (blok fənlər) = Abituriyent

•              Buraxılış imtahanı + DİM (blok fənlər) + IELTS/ TOEFL

•              Buraxılış imtahanı + DİM (blok fənlər) + IELTS/ TOEFL + SAT

•              Buraxılış imtahanı + DİM (blok fənlər) + YÖS

•              Buraxılış imtahanı + DİM (blok fənlər) + SAT

•              Buraxılış imtahanı + DİM (blok fənlər) + Ev tapşırıqlarına dəstək

Üstəlik, aprel və may aylarında qeydiyyatdan keçənlər üçün 10% endirim fürsəti də təklif olunur.

Hazırda məktəb yeni tədris ilinə tam sürətlə hazırlaşır və sentyabr ayından etibarən müasir infrastruktur və yüksək təhlükəsizlik standartlarına cavab verən təhsil mühiti ilə şagirdlərin istifadəsinə veriləcək. Tədris proqramı 10 ay müddətində davam edəcək.

Abituriyent məktəbi 1 sentyabr tarixindən Gəncə şəhəri, Mir Cəlal Paşayev küçəsi, giriş 7 ünvanında fəaliyyətə başlayacaq, lakin daha ətraflı məlumat əldə etmək üçün valideynlər Heydər Əliyev pr. 50B, Gəncə 2000 ünvanına yaxınlaşa və ya +994 55 720 20 25/+994 70 720 20 25 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qeydiyyatdan keçmək üçün linkə keçid edərək onlayn formu doldurmaq kifayətdir: https://shorturl.at/kiELT

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr