"Sabah" klubunun hücumçusu Coy Lens Mikels yeni bir uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, oMisli Premyer Liqasının XXVII turu çərçivəsində baş tutan "Zirə" ilə qarşılaşmada (2:2) rəqib qapısına yol tapmaqla klubdakı qollarının sayını 70-ə çatdırıb.

Bu nəticə ilə Mikels "Sabah" tarixinin ən məhsuldar oyunçusu statusunu daha da möhkəmləndirib. O, 70 qolu 133 oyunda vurub.

O, qollarını turnirlər üzrə aşağıdakı qaydada bölüşdürüb:

Premyer Liqa: 56 qol

Azərbaycan Kuboku: 6 qol

Konfrans Liqası: 5 qol

Avropa Liqası: 3 qol

Qeyd edək  ki, Mikels "bayquşlar"da qol hesabını 2021-ci il sentyabrın 26-da, Neftchi ilə keçirilən ev oyununda (1:2) açıb.