AZ

Donald Tramp özünü İsa Məsih kimi təsvir edən şəkil paylaşıb

Vatikan dövlətinin başçısı Papa XIV Leonu tənqid etdikdən sonra ABŞ Prezidenti Donald Tramp özünü İsa Məsih kimi təsvir edən bir şəklini paylaşıb.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.Tramp, Papanın "cinayətkarlıq və nüvə silahları məsələsində zəif" və "xarici siyasətdə dəhşətli" olduğunu iddia edib."İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünən bir Papa istəmirəm. ABŞ-yə külli miqdarda narkotik göndərən və daha da pisi, qatillər və narkotik satıcıları da daxil olmaqla həbsxanalarını ölkəmizə boşaldan Venesuelaya hücum etməyin Amerika üçün pis bir şey olduğunu düşünən bir Papa istəmirəm",-Papanın ona minnətdar olmalı olduğunu iddia edən Tramp deyib.O bildirib ki, Leo Papa kimi özünü toparlamalı, sağlam düşüncə ilə hərəkət etməli, radikal solçuların tələblərinə boyun əyməyi dayandırmalı və siyasətçi deyil, böyük bir Papa olmağa diqqət yetirməlidir.

İlahə QənbərliMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr