AZ

Rusiya İrana humanitar yardımın sonuncu partiyasını çatdırdı

Rusiyanın İrana göndərdiyi humanitar yardımın sonuncu partiyası ünvana çatdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin teleqram kanalında yayımlanan açıqlamada bildirilib ki, Rusiya xalqı çətin dövrdə iranlıları həm dövlət, həm də özəl səviyyədə dəstəkləməyə davam edir.

Qeyd olunub ki, aprelin 10-da 51 ton günəbaxan yağı və məişət kimyəvi maddələrindən ibarət humanitar yardım Astarada İran Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil verilib.

Məlumata görə, yardım Tatarıstanda yerləşən xeyriyyə təşkilatı – Nefis Fondu tərəfindən toplanaraq İrana çatdırılıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr