AZ

Psixoloq Vüsalə Əmiraslanova: “İnsan birinci nə istədiyini bilməli və nə istədiyini bildiyinə uyğun yollar da axtarmalıdır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Məsuliyyət almaq həyatın axınına sadəcə qapılmaq deyil, öz mövqeyini şüurlu şəkildə seçməkdir. İnsan hər şeyi idarə edə bilməsə də, öz payına düşəni etdikdə daxili güc və özünə hörmət qazanır, uğur və uğursuzluq qarşısında balansda qalır. Həqiqi yetkinlik nəzarət edə bildiklərinə fokuslanmaq və qalanı qəbul etməyi bacarmaqdır. Bu, çaba ilə qəbul arasında sağlam tarazlıq qurmağa imkan verir. İnsan üzərinə düşəni etdikdən sonra nəticəni məcbur etməyə çalışmamalıdır. Həyatda bəzi şeylər planlanmadan baş verir. Vacib olan addım atmaq və məsuliyyət götürməkdir; qalanı isə həyatın axarına buraxmaqdır.İnsan taleyə inanmaqla məsuliyyət almaq arasında balansı necə qura bilər?

Psixoloq Vüsalə Əmiraslanova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təəssüflər olsun ki, son zamanlar daha çox “taledi, qismətdi, alınmadı” deyən insanları görürəm: “Bu insanlar daha çox kamfort zonasından çıxmaq istəməyən insanlardır. Amma bir psixoloq olaraq hər zaman vurğulayıram ki, biz bacardığımızı edirik. Həqiqətən də baş verəsi hadisə olur. Əgər biz təhsildən söhbət aparırıqsa, insan birinci nə istədiyini bilməlidir. Nə istədiyini bildiyinə uyğun da yollar axtarmalıdır. Əgər o müxtəlif yollardan istifadə edib məsuliyyəti öz üzərinə götürürsə, o qapılardan biri mütləq şəkildə açılır. Əgər hər cəhddə yol açdımsa və hər bir şeyi etməyə çalışdım, amma alınmadısa burda yenə taleyi günahlandırmaq olmaz. Ola bilər ki, insan nə istədiyini dəqiq şəkildə bilmir. Mən düşünürəm ki, ümumiyyətlə insanlar çox vaxt həqiqətən də komfort zonasından çıxa bilmədiklərinə görə, tale, qisməti günahlandıraraq, həm münasibətlər, həm iş, təhsil baxımından, ailə baxımından rahat olurlar ki, taleyin üstünə günahı atsınlar və özləri rahat olsunlar. Amma mən “indi və bu dəqiqə” prinsipinə əsaslanaraq bildirirəm ki, biz düşüncə ilə, insanların inancları ilə işləyirik və insanın inancı əgər tale, qismət inancına dayanacaqsa, onların düşüncələri elə inanca bağlı olacaq, demək olar davranışlarında və öz həyatlarında tətbiq elədikləri o hərəkətlərdə bunu göstərəcək. Demək ki, burda hər zaman alınmama “döngüsü” yaranacaq. Əgər bu dəfə alınmayıbsa, gələn dəfə alınar düşüncəsi varsa, (o inancımız varsa) əlbəttə ki, biz istədiyimiz hər arzumuza gec de olsa nail olacağıq. Hətta bəzi insanlar var ki, “gec nail oluram hər şeyə” deyərək də, o inanca inanaraq düşüncələrini həmin mənfi tərəfə doğru apara bilirlər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
bizimyol.info

1Mənbələr