AZ

Ekspert: Kibertəhlükəsizlikdə əsas üstünlük çeviklik və operativlikdir

Bakı, 13 aprel, AZƏRTAC

Hazırda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ölkəni rəqəmsal qarşıdurmanın adi iştirakçısından bu mübarizənin davamlı qalibinə çevirəcək yanaşmanın tətbiqi üzərində çalışır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “TechPro DC” şirkətinin kommersiya direktoru Mircəlal Bağırov “Kiberinsidentlərə cavab – Binalyze Modern DFIR” mövzusunda keçirilən seminar zamanı səsləndirib.

“Biz bazarda düzgün yanaşmanın formalaşdırılmasına çalışırıq ki, bu sonsuz mübarizədə bazarımız zərər görən deyil, daim qalib tərəf olsun. Kibertəhlükəsizlik məsafəyə qaçış deyil, heç vaxt bitməyən bir oyundur. Kibertəhlükəsizlikdə qalib adətən ən güclü olan deyil, vəziyyəti daha sürətlə təhlil edən, operativ qərarlar qəbul edən və maksimum çevik hərəkət edən tərəf olur”, – deyə kommersiya direktoru əlavə edib.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Seçilən
2
2
azertag.az

3Mənbələr