AZ

Bakıda ölən və yaralananların olduğu ağır qəzanın ANBAAN VİDEOSU

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gün Zığ şosesində qəza olub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Aprelin 12-si, gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağın və zəruri təhlükəsizlik tədbirləri görməyin nə qədər önəmli olduğunu göstərir.

Nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir.

Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir", - deyə məlumatda qeyd olunub.

View this post on Instagram

A post shared by @baku.ws_official

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
4
baku.ws

7Mənbələr