“Bizim üçün yaxşı oyun oldu. Komanda şəklində mübarizə apardıq və vacib qələbə qazandıq”.
Bu sözləri İdmanxeber.az saytına “İmişli”nin legioneri Dioqo Kardozu “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra Premyer Liqamızın olduqca güclü olduğunu bildirib:
“Azərbaycan çempionatı barədə ancaq xoş sözlər demək olar. Bura güclü liqadır və yaxşı futbolçular var. Burada olduğum üçün xoşbəxtəm. Azərbaycana gəlmədən öncə dostlarımla danışmışdım. Ölkənizə gəlməyi məsləhət gördülər.
Mənim üçün yaxşı seçim olacağını dedilər. “İmişli” də əla komandadır. Yaxşı kollektivimiz var. Burada öz hədəflərim var. Qollar vurmaq istəyirəm”.